Xəzər Xəbər

"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir"

Gündəm | 22:35 • 25 Dekabr 2024
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir"

Hazırda ilkin səbəbi müəyyən etmək mümkün deyil. Bunun üçün mütəxəssislər var. İşlər aparılacaq. O zaman səbəb dəqiq məlum olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev Aktauda keçirilən brifinqdə bildirib.

"İstintaq-əməliyyat qrupu yaradılıb. Mənimlə həm kriminalistlər, həm də bu cür hava hadisələrini araşdıran Aviasiya Administrasiyamızın ekspertləri gəlib. Onlar cinayət işi çərçivəsində bütün sübutları toplayacaq, zəruri ekspertiza aparacaqlar. Qara qutunun açılması və sair. Əlbəttə ki, nəticələri dərc edəcəyik", - deyə o, qeyd edib.

Xəbər lenti