Xəzər Xəbər

Ceyhun Bayramov: Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib

Gündəm | 12:43 • 12 Dekabr 2024
Ceyhun Bayramov: Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib

Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.

XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”.

Nazir onu da deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, Araz körpüsünün tikintisi davam edir.

"Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı son müsbət qərar yoxdur", deyə nazir bildirib.

Xəbər lenti

Çox oxunanlar