Xəzər Xəbər

Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

Gündəm | 12:11 • 10 Dekabr 2024
Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar