Xəzər Xəbər

Elnur Məmmədov: Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir

Gündəm | 10:28 • 10 Dekabr 2024
Elnur Məmmədov: Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir

Azərbaycan Ermənistana sülh sazişi barədə təklifini edib. Qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.

O bildirib ki, Ermənistanla sülh sazişi barədə ABŞ-da, Rusiyada və Qazaxıstanda müzakirələr aparılıb.

Sülhün əldə edilməsindəki maneələrdən danışan E.Məmmədov qeyd edib ki, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir. Digər bir problem isə müxalifətin mövqeyidir.

Xəbər lenti

Çox oxunanlar