Xəzər Xəbər

Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Gündəm | 16:20 • 9 Dekabr 2024
Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xəbər lenti