AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür:
"Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".
Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:
“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”.