Xəzər Xəbər

Əli Əsədov İƏİT nümayəndə heyəti ilə görüşüb

Gündəm | 17:37 • 5 Dekabr 2024
Əli Əsədov İƏİT nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.

Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Çox oxunanlar