Xəzər Xəbər

Ceyhun Bayramov: Qvineya-Bisau Azərbaycanın çoxsaylı təşəbbüslərinə dəstək verib

Gündəm | 14:00 • 2 Dekabr 2024
Ceyhun Bayramov: Qvineya-Bisau Azərbaycanın  çoxsaylı təşəbbüslərinə dəstək verib

Azərbaycanla Qvineya-Bisau diplomatik münasibətlər 1992-ci ildən qurulub. Bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalarda yaxşı əməkdaşlığımız olub.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər iki ölkə BMT və onun müxtəlif agentlikləri, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında təmsil olunur. Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib. Bu, bizim əməkdaşlığımızı daha da genişləndirib.

Xəbər lenti

Çox oxunanlar