Xəzər Xəbər

Əziz Ələkbərli: Son 200 ildə ilk dəfə qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb

Gündəm | 13:00 • 2 Dekabr 2024
Əziz Ələkbərli: Son 200 ildə ilk dəfə qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb

Son 200 ildə ilk dəfə qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, deputat Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdışın siyasi və hüquqi əsaslarını ehtiva edən konsepsiya hazılanıb:

“Biz soydaşlarımızın qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi məqsədilə xarici dövlətlərə, BMT, Avropa İttifaqı, UNESCO və digər beynəlxalq təşkilatlara müraciətlər göndərdik. Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının və digər mühüm sənədlərinin BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılmasını təmin etdik”.

Deputat vurğulayıb ki, son zamanlar bir sıra xarici qüvvələrin parlament müstəvisində və digər formatlarda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdışı məsələsindən ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilir:

“Fikrimizcə, Qərbi Azərbaycana qayıdış məsələsi üzrə fəaliyyət özlüyündə haqq-ədalət məsələsi olmaqla yanaşı, bu cür qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün də vacib əhəmiyyət kəsb edir”.

Xəbər lenti

Çox oxunanlar