Xəzər Xəbər

Ceyhun Bayramov və Qvineya-Bisau xarici işlər naziri arasında görüş keçirilir YENİLƏNİB/FOTO

Gündəm | 12:39 • 2 Dekabr 2024
Ceyhun Bayramov və Qvineya-Bisau xarici işlər naziri arasında görüş keçirilir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüşü olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə XİN “X” platformasında məlumat yayılıb.

Qeyd edilib ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmçinin həmkarını regionda münaqişə sonrası vəziyyət barədə məlumatlandırıb.

11:56

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” platformasında məlumat yayılıb.

Qeyd edilib ki, hazırda Ceyhun Bayramovla Karlos Pinto Pereira araısnda təkbətək görüş keçirilir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024