Xəzər Xəbər

Milli Məclisdə deputatların ofis məsələsi qaldırılıb

Gündəm | 14:00
Milli Məclisdə deputatların ofis məsələsi qaldırılıb

Yeni seçilmiş deputatlar üçün həmin dairələrdə deputat otaqları fəaliyyət göstərir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, rayon icra hakimiyyətlərində də istənilən iclasın keçirilməsi üçün yerlər mövcuddur.

Qeyd edək ki, deputat Gülşən Paşayeva bitərəf deputatların yer (ofis) problemini qaldırıb. Deputat diqqətə çatdırıb ki, deputatları icra hakimiyyəti orqanları ofislə təmin etməlidir: “Amma hələ bu məsələ qalıb”.

Deputat Elşad Musayev isə qeyd edib ki, Siyavuş Novruzov deyən yerlər ancaq YAP deputatlarına verilib, bizə yox: “Xahiş edirəm bizim yer problemimiz həllini tapsın.

Xəbər lenti

Çox oxunanlar