Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.
Xezerxeber.az xəbər verir ki, nazir bu barədə Türkiyə parlamentində büdcə müzakirələri zamanı bildirib.
“Qafqazda regional sabitliyin Azərbaycanla Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacağını bir daha qeyd etmək istərdim”, - Yaşar Gülər vurğulayıb.