Xəzər Xəbər

Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib

Gündəm | 14:37 • 16 Noyabr 2024
Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar. Bəyənnamənin digər mövzusu kosmik agentliklərin ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqlarını artıraraq onların ehtiyaclarını daha dərindən anlamaq və peyklərlə əldə etdikləri məlumatları istifadəçilərə daha rahat şəkildə çatdırmaları ilə bağlıdır".

Xəbər lenti

Çox oxunanlar