Xəzər Xəbər

COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Gündəm | 10:41 • 16 Noyabr 2024
COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

Xezerxeber.az xəbər verir ki, ikigünlük tədbirdə 66 ölkə və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda "İqlim dəyişmələrinin real təsirləri", "İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu", "İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı", "İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", "İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə", "Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri", "İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi" və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar