Xəzər Xəbər

Qərb öz addımları ilə münaqişələrin nizamlanmasında köməkdən imtina edir Vuçiç

Gündəm | 16:06 • 12 Noyabr 2024
Qərb öz addımları ilə münaqişələrin nizamlanmasında köməkdən imtina edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər.

Xezerxeber.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

"Onların gəlib-gəlməməsi mənim üçün fərq etmir, əsas odur ki, biz buradayıq və gələcəkdə də buraya gələcəyik", - o deyib.

A.Vuçiç vurğulayıb ki, Qərb bu cür addımlarla beynəlxalq münaqişələrin nizamlanmasında köməkdən imtina edir: "Onlar minlərlə ikitərəfli görüş və danışıqlar keçirə bilərdilər, ancaq gəlmədilər. Bu sammit xüsusilə Ukrayna və Yaxın Şərqdə olduğu kimi böyük münaqişələrin dayandırılması lazım olan bir vəziyyətdə çox vacibdir".

Xəbər lenti