Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb

Gündəm | 09:17 • 12 Noyabr 2024
Hikmət Hacıyev: Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb

Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.

Xəbər lenti