Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.