Azərbaycanın Zəfər Günü münasibətilə Belarusun paytaxtı Minsk şəhərindəki Milli Kitabxana binasının üzərində Azərbaycan Bayrağı və Zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş olunub.
Xezerxeber.az xəbər verir ki, işıq proyeksiyası Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə həyata keçirilib.
Belarusda Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.