Xəzər Xəbər

Ukraynada hərbi vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılıb

Gündəm | 16:00
Ukraynada hərbi vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılıb

Prezident Volodimir Zelenski Ukraynada hərbi vəziyyət rejiminin və səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat yayıb.

“Volodimir Zelenski hərbi vəziyyət rejimini və ümumi səfərbərliyin müddətini daha 90 gün - 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-dək uzadacaq qanunu imzalayıb”, – deyə deputat sosial media hesabında yazıb.

Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik haqqında qanun ilk dəfə 2022-ci il fevralın 24-də tətbiq edilib və indiyədək dəfələrlə (13 dəfə) uzadılıb.

Yaroslav Jeleznyak Ukrayna Prezidentinin bir sıra digər qanunlarla yanaşı, Ali Antikorrupsiya Məhkəməsinin hakimlərinin seçilməsi üzrə Beynəlxalq Ekspertlər Şurasının səlahiyyətlərini genişləndirən qanunu da imzaladığını bildirib. Onun sözlərinə görə, bu, Beynəlxalq Valyuta Fondu proqramının və “Ukraine Facility” planı çərçivəsində Avropa İttifaqının növbəti tranşının şərtidir.

Deputat, həmçinin qeyd edib ki, hələ oktyabrın 15-də prezidentə təqdim olunan vergilərin artırılması ilə bağlı qanun layihəsi indiyədək imzalanmamış qalır.

Xəbər lenti

Çox oxunanlar