Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.
Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı tərkibi “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Komissiyanın üzvləri sırasından çıxarılıb.