“Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır”.
Xezerxeber.az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.
O qeyd edib ki, COP29 tədbiri üçün ölkəyə gələn xarici vətəndaşların hava limanında sürətli keçidinin təmin edilməsi üçün tədbirlər görülüb: “Sənədlərin operativ yoxlanılması üçün xüsusi texnoloji təchizatlar hazır vəziyyətdədir və bu istiqamətdə zəruri tapşırıqlar verilib”.