Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcəklər.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan bir-birinə reqlamentin qüvvəyə minməsi barədə məlumat verəcəklər”, - nazir vurğulayıb.