Xəzər Xəbər

Hikmət Hacıyev “Washington Post”un SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırlatdığını DEYİB

Gündəm | 11:53 • 30 Oktyabr 2024
Hikmət Hacıyev “Washington Post”un SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırlatdığını

Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.

Xəbər lenti

Çox oxunanlar