Xəzər Xəbər

BRICS sammitində yekun Bəyannamə qəbul olunub

Gündəm | 18:01 • 23 Oktyabr 2024
BRICS sammitində yekun Bəyannamə qəbul olunub

BRICS-in iştirakçı dövlətlərinin başçıları sammitin yekununa dair Kazan Bəyannaməsini qəbul ediblər.

Xezerxeber.az xəbər verir ki, sənəddə sammit çərçivəsində yüksək səviyyədə görüşün və Rusiyanın assosiasiyaya bütün sədrliyinin yekunları qeyd olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Vladimir Putin qeyd edib ki, Bəyannamə assosiasiya üzvlərinin ümumi birgə sənədi kimi yayılacaq.

Rusiya Prezidentinin sözlərinə görə, sənəd dünyadakı vəziyyətin ümumi qiymətləndirməsini ehtiva edir, Rusiyanın BRICS-ə sədrliyinin nəticələrini ümumiləşdirir və uzunmüddətli perspektivdə qarşılıqlı fəaliyyət üçün təlimatları müəyyənləşdirir.

Qeyd edək ki, oktyabrın 22-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda BRICS-in XVI sammiti keçirilir.

Xəbər lenti

Çox oxunanlar