Xəzər Xəbər

Prokurorluqda yeni təyinatlar olub

Gündəm | 11:55
Prokurorluqda yeni təyinatlar olub

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş prokuror bununla bağlı müvafiq əmrlər imzalayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. 

Rauf Gözəlov bu təyinata qədər Qazax rayon рrоkuroru vəzifəsində çalışıb.

Baş prokurorun digər müvafiq əmri ilə Azad Qarayev Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilib.

Azad Qarayev bu təyinata qədər Gəncə şəhər prokuroru vəzifəsində çalışıb.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Rövşən Əliyev Qazax rayon prokuroru vəzifəsinə təyin edilib.

Rövşən Əliyev bu təyinata qədər Bakı Şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Çox oxunanlar