Xəzər Xəbər

COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar qoyulmayacaq

Gündəm | 12:32
COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar qoyulmayacaq

COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur.

Xezerxeber.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müəyyən tənzimləmələr nəzərdə tutulur:

"Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə, şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarını daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə, müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətidir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

Xəbər lenti

Çox oxunanlar