Xəzər Xəbər

Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək

Gündəm | 12:27
Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək

Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonu üzrə bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:

- Aşağı Güzdək və Pirəkəşkül-Qobustan bələdiyyələrinin əhatə etdiyi Aşağı Güzdək qəsəbəsində və Qobustan, Pirəkəşkül kəndlərində Aşağı Güzdək bələdiyyəsi;

- Fatmayı və Görədil bələdiyyələrinin əhatə etdiyi Fatmayı və Görədil kəndlərində Fatmayı bələdiyyəsi;

- Güzdək və Qobu bələdiyyələrinin əhatə etdiyi Güzdək və Qobu qəsəbələrində Qobu bələdiyyəsi.

Xəbər lenti

Çox oxunanlar