Xəzər Xəbər

Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Gündəm | 15:11
Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib.

Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Xəbər lenti

Çox oxunanlar