Xəzər Xəbər

İran Prezidenti Azərbaycan Baş nazirinin müavini ilə danışıqlar aparıb

Gündəm | 16:33
İran Prezidenti Azərbaycan Baş nazirinin müavini ilə danışıqlar aparıb

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

M.Pezeşkian bildirib ki, o, İran və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək istənilən layihə və fəaliyyətləri alqışlayır:

“Biz iki ölkə arasında dəmir yolu və avtomobil marşrutlarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.

Xəbər lenti

Çox oxunanlar