Xəzər Xəbər

Prezidentin xüsusi nümayəndəsindən Laçının təmizliyinin qorunması üçün ÇAĞIRIŞ

Gündəm | 13:58 • 10 Oktyabr 2024
Prezidentin xüsusi nümayəndəsindən Laçının təmizliyinin qorunması üçün

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov şəhərin təmizliyinin qorunması, tullantıların daşınması üçün şirkətlərə çağırış edib.

Xezerxeber.az-ın məlumatına görə, o, Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında bəzi şirkətlərin tikinti işlərindən sonra tullantıları daşımadığını bildirib.

M.Məmmədov deyib ki, Laçın bu gün Azərbaycanın ən gözəl məkanlarından birinə çevirilib:

"Laçın su, meşə ehtiyatlarına görə zəngindir. "İstisu" mineral yatağının kəşf edilməsi üçün işlər görülə, dağ-mədən sənayesində geoloji kəşfiyyat təşkil edilə bilər. Bu həm də Laçında məşğulluq baxımından faydalı iş olacaq".

Xəbər lenti

Çox oxunanlar