Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.
Xezerxeber.az xəbər verir ki, imzalanma mərasimi Türk Dövlətləri Təşkilatının və Azərbaycan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində baş tutub.
Protokol Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.