Xəzər Xəbər

Beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Gündəm | 23:05 • 1 Oktyabr 2024
Beynəlxalq aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbi ilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Bakı aeroportundan Xezerxeber.az-a bildirilib ki, Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən “Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024