Xəzər Xəbər

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub

Gündəm | 11:43
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar