Xəzər Xəbər

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edib FOTO

Gündəm | 19:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoqu tədbirində çıxış edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.
Nazir C. Bayramov çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.

Xəbər lenti

Çox oxunanlar