Xəzər Xəbər

Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflərin aktual olduğu AÇIQLANDI

Gündəm | 18:18 • 26 Sentyabr 2024
Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflərin aktual olduğu

Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflər aktualdır.

Xezerxeber.az xəbər verir ki, bunu 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova Gənc Ailə Forumunda deyib.

O qeyd edib ki, hazırda alimentin məbləği 235 manatdır:

"Azərbaycanda alimentin ödənilməsindən boyun qaçıranların sayı az deyil. Bu problem digər ölkələrdə Aliment Fondunun yaradılması ilə həll edilib. Yəni, alimenti ödəyə bilməyən valideynin öhdəliyini dövlət öz üzərinə götürür. Azərbaycanda da bu mexanizmin tətbiqi təklif edilir".

Xəbər lenti

Çox oxunanlar