Xəzər Xəbər

Qazaxın dörd kəndi minalarla çirkləndirilib AÇIQLAMA

Gündəm | 17:13
Qazaxın dörd kəndi minalarla çirkləndirilib

Qazaxın nəzarətimizə keçən dörd kəndi minalarla çirkləndirilib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Sədr bildirib ki, hazırda həmin kəndlərdə minatəmizləmə işləri gedir.

“Təəssüflər olsun ki, kifayət qədər yüksək səviyyədə çirklənmiş ərazilərdir. Əsasən piyadaəleyhinə minalara rast gəlinir. Qazaxda minaların sayı çoxdur, statistika gündə dəyişir,- deyə sədr qeyd edib.

Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. (trend)

Xəbər lenti

Çox oxunanlar