Xəzər Xəbər

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib YENİLƏNİB-2

Gündəm | 17:05 • 21 Sentyabr 2024
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib

Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticəsini təsdiq edib.

Xezerxeber.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib.

16:14

Sentyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

Xezerxeber.az xəbər verir ki, iclasda iki məruzəçi hakim təyin edilib.

Məruzəçi kimi çıxış edən hakim Rövşən İsmayılov bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumilləşdirərək sentyabrın 1-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələri barədə 2024-cü il 16 sentyabr tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.

Sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edib. O, parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib.

Daha sonra MSK sədri Məzahir Pənahovun parlament seçkiləri ilə əlaqədar məlumatı dinlənilib.

Məzahir Pənahov, həmçinin Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

İclasda, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.

Məhkəmə araşdırması başa çatdıqdan sonra hakimlər müşavirəyə gediblər.

15:12

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Xezerxeber.az xəbər verir ki, iclas 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin elan olunmasına həsr edilib. İclasın yekununda Milli Məclisə seçkilərin nəticələri təsdiqlənəcək.

İclasda növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edilib.

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün əlavə edilmiş müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024