Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb. Ermənistan hakimiyyəti razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir. Hesab edirəm ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumundakı çıxışı zamanı bildirib.
“Sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir. Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik", - Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.