Xəzər Xəbər

Mehriban Əliyeva İlham Zəkiyevi bürünc medal qazanması münasibətilə təbrik edib

Gündəm | 21:30 • 7 Sentyabr 2024
Mehriban Əliyeva İlham Zəkiyevi bürünc medal qazanması münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Xezerxeber.az paylaşımı təqdim edir: “Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Xəbər lenti

Çox oxunanlar