Xəzər Xəbər

Mehriban Əliyeva Vəli İsrafilovun bürünc medal qazanması ilə bağlı paylaşım edib

Gündəm | 21:45 • 5 Sentyabr 2024
Mehriban Əliyeva Vəli İsrafilovun bürünc medal qazanması ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

Xezerxeber.az paylaşımı təqdim edir:

“Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Xatırladaq ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 dəqiqə nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər lenti

Çox oxunanlar