Xəzər Xəbər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Gündəm | 20:27 • 5 Sentyabr 2024
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 29-da keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki hüququnun mübahisələndirilməsi iddiasi ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və Seçki Məcəlləsinin tələblərinə uyğun, əsaslandırılmış qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyası təmsilçiləri və media mənsublarının iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Xəbər lenti