Xəzər Xəbər

Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib FOTO

Gündəm | 16:06 • 5 Sentyabr 2024
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub.
Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər.

Xəbər lenti

Çox oxunanlar