Xəzər Xəbər

MSK sədri aşağı seçki komissiyalarının fəaliyyətindən razı olduğunu BİLDİRİB

Gündəm | 17:30 • 4 Sentyabr 2024
MSK sədri aşağı seçki komissiyalarının fəaliyyətindən razı olduğunu

“Bizə irad bildirirlər ki, seçkilər sakit keçib”.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bizə namizədə çox görüş yeri təyin etməyimiz az qala irad bildirilir. Az qala hər namizəd 10 dəfə seçiciləri ilə görüş keçirib. Mən aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam. Hansında pozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin”, - MSK sədri bildirib.

 

Xəbər lenti

Çox oxunanlar