Serbiya 10 ildən az müddətdə öz ümumi daxili məhsulunu iki dəfədən çox artırıb”.
Xezerxeber.az xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Biz işsizliyi ölkəmizdə azaltmışıq. Azərbaycan da bu işləri görməkdə bizə kömək edib. Biz Şərqi Avropada Azərbaycanın etibarlı tərəfdaşı olmaq istəyirik. Biz istəyirik ki, Azərbaycan üçün də elə olsun, tərəfdaşlıq əlaqələri daha da güclənsin. Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər. Ölkələrimiz etibarlı tərəfdaşlardır. Azərbaycanda müsbət mənada baş verən inkişaf məndə xoş təəssüratlar yaratdı. Siyasi səviyyədə bizim daha yaxşı işlər görməyimiz üçün iradə mövcuddur”.
Nazir ölkəsinə beynəlxalq müstəvidə siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib. “Serbiyada keçiriləcək “Expo 2028”də Azərbaycanın əsas iştirakçı kimi təmsil olunmasını istərdik”, - deyə o əlavə edib.
O, hərbi sahədə də əməkdaşlığın güclənməsini planlaşdırdlarını diqqətə çatdırıb.