Xəzər Xəbər

Saat 17:00-a olan seçici fəallığı 33,82

Gündəm | 17:56 • 1 Sentyabr 2024
Saat 17:00-a olan seçici fəallığı

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib. Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Xəbər lenti

Çox oxunanlar