Xəzər Xəbər

Qırğız parlamentari: Seçkilərdə bütün partiyaların fəallığı müşahidə olunur

Gündəm | 09:29 • 1 Sentyabr 2024
Qırğız parlamentari: Seçkilərdə bütün partiyaların fəallığı müşahidə olunur

Parlament seçkiləri kifayət qədər yüksək səviyyədə keçirilir. Burada bütün partiyaların fəallığı müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Qırğızıstan parlamentinin üzvü Arslanbek Malıyev söyləyib.

O qeyd edib ki, seçicilərin rahat şəkildə səs verə bilmələri üçün mümkün olan bütün şərait yaradılıb.

“Respublikanın bütün vətəndaşları sərbəst şəkildə səs verə bilərlər. Onlar üçün heç bir maneə yoxdur”, - deyə parlamentari əlavə edib.

Xəbər lenti