Xəzər Xəbər

MSK-nın sədri: Seçkiləri 598 beynəlxalq müşahidəçi izləyəcək

Gündəm | 08:11 • 1 Sentyabr 2024
MSK-nın sədri: Seçkiləri 598 beynəlxalq müşahidəçi izləyəcək

Parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Onlardan 305 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin başlamasına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, beynəlxalq müşahidəçilər çox geniş şəkildə təmsil olunublar. 598 beynəlxalq müşahidəçi seçkiləri izləyə biləcək. Bundan əlavə, 112 min 749 yerli müşahidəçi seçkiləri izləyəcək.

Xəbər lenti

Çox oxunanlar