Xəzər Xəbər

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib

Gündəm | 15:10 • 16 Avqust 2024
Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını

Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Visanews" məlumat yayıb.

Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024