Xəzər Xəbər

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısında dəyişiklik edilib FƏRMAN

Gündəm | 14:38 • 15 Avqust 2024
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısında dəyişiklik edilib

“Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”na aşağıdakı məzmunda 3-1-ci və 7-ci hissələr əlavə edilib:

“3-1. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı.”;

“7. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı.”.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024