Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə məktub ünvanlayıb.
Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".